COP29

"Hər şey üçün çox sağ ol, Mariya!"

08:30 Güləş 315
"Hər şey üçün çox sağ ol, Mariya!"

Azərbaycanın sərbəst güləş üzrə milli komandasının üzvü Mariya Stadnik karyerasını başa vurub.

Sportinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyasının yaydığı açıqlamada bildirilib.

“Dünya güləşinin canlı əfsanəsi, Azərbaycan güləşinə 17 ildən artıq xidmət etmiş, rekordlarla zəngin karyeraya sahib Mariya idmançı kimi fəaliyyətini yekunlaşdırdı.

Azərbaycan idmanının yeganə 5 qat Olimpiada iştirakçısı, yeganə 4 qat Olimpiya medalçımız, 2 qat dünya və 10 qat Avropa çempion, Avropa Oyunlarının və İslam Həmrəyliyi Oyunlarının 2 qat qalib nəinki ölkəmizdə, dünyanın bir çox ölkələrində qadın güləşçilər üçün mübarizə əzmi, əsl idmançı intizamı və çalışqanlığı ilə nümunə, kumir oldu.

Azərbaycan Güləş Federasiyası ölkə güləşinə verdiyi töhfəyə, qazandığı uğurlarla bir çox yeniyetmə və gənc güləşçilərə ilham mənbəyi olduğuna görə Mariya Stadnikə təşəkkürünü bildirir.

İnanırıq ki, o, zəngin təcrübəsi ilə bundan sonra da Azərbaycan güləşinin inkişafına dəstək olacaq.

Hər şey üçün çox sağ ol, Mariya!” - deyə federasiyasının yaydığı açıqlamada bildirilib.

Digər Xəbərlər
Xəbər Lenti