Cüdo üzrə olimpiya, dünya və Avropa mükafatçısı Elmar Qasımov karyerasını bərpa edib.
Sportinfo.az xəbər verir ki, tanınmış cüdoçu Azərbaycan çempionatında qayıdışını rəsmiləşdirəcək.
34 yaşlı, "Halk" ləqəbli idmançı "Atilla" İdman Klubunu təmsil edəcək. O, 1/8 finalda İlkin Baxşəliyevlə qarşılaşacaq.
Elmar Qasımov ötən ilin fevralın 27-də Azərbaycan Cüdo Federasiyasının saytına açıqlamasında karyerasını bitirdiyini açıqlamışdı.
O, 2009-cu ildə Ermənistanın paytaxtı İrəvanda keçirilmiş gənclərin Avropa çempionatında bayrağımızı qaldırması ilə tanınıb. Həmçinin, 2016-cı ildə Braziliyada keçirilən Olimpiadanın finalçısı olub.