COP29

“Gələcəkdə nə olacağını bilmirəm"

3 Noyabr 08:20 Güləş 300
“Gələcəkdə nə olacağını bilmirəm"

Albaniyanın paytaxtı Tirana şəhərində keçirilən dünya çempionatında qızıl medal qazanan Azərbaycanın yunan-Roma güləşçisi Eldəniz Əzizli karyerasını bitirəcəyi vaxtı açıqlayıb.

Sportinfo.az xəbər verir ki, 55 kiloqramda mübarizə aparan idmançı beşinci dəfə dünya çempionu olduqdan sonra güləşlə vidalaşacağını bildirib:

“Gələcəkdə nə olacağını bilmirəm. Amma beşinci dəfə dünya çempionu olmaq istəyirəm.

Gələn il təşkil olunacaq Avropa çempionatında isə çıxış etməyəcəyəm”.

Finalda məğlub etdiyi İran təmsilçisi Poya Marzla görüşündən də danışan idmançı əlavə edib:

“Onunla dörd dəfə qarşılaşmışam və hər birində qalib gəlmişəm. Bir-birimizi yaxşı tanıyırıq.

Bu səbəbdən rəqib dünənki qarşılaşmamızda (1:1) qələbəyə yaxın idi”.

Eldəniz Əzizli daha əvvəl 2018, 2022 və 2023-cü illərdə keçirilmiş dünya çempionatlarında qızıl medal qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti
22 Noyabr 18:10 Çək və bizə göndər!