COP29

Bu hadisə Mikayıl Cabbarovun xoşuna gəlməyəcək - FOTO

1 Noyabr 08:30 Güləş 602
Bu hadisə Mikayıl Cabbarovun xoşuna gəlməyəcək - FOTO

Albaniyanın paytaxtı Tiranada güləş üzrə dünya çempionatına (qeyri-olimpiya çəkiləri) yekun vurulub.

Sportinfo.az xəbər verir ki, son gündə Azərbaycan millisinin 3 güləşçisi xalça üzərinə çıxıb.

61 kq çəki dərəcəsində təmsilçimiz Nurəddin Novruzov təsəlliverici görüşlərdə əvvəlcə Kosta-Rika təmsilçisi Peter Kudeyə, daha sonra Puerto-Rikodan Jozef Silvaya qalib gəlib. O, bürünc medal uğrunda dueldə monqolustanlı Tsoqbadrax Tseveensurenə uduzub.

Orxan Abasov (79 kq) təsəlliverici görüşdə Suldxu Olonbayarla (Monqolustan) məğlub olub.

Abubakr Abakarov (92 kq) isə təsəlliverici görüşdə amerikalı olimpiya və 3 qat dünya çempionu Devid Teylora uduzub.

Bununla da sərbəst güləşçilərimiz yarışı medalsız başa vurublar.

Daha əvvəl yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq), Nihat Məmmədli (63 kq) və Ülvü Qənizadə (72 kq) dünya çempionu olublar. Yığma komanda hesabında birinci yeri tutub. Qadınlar isə turniri mükafatsız başa vurublar.

Azərbaycan Güləş Federasiyasının prezidenti postunu Mikayıl Cabbarovun tutmasını xatırladaq.

serbest-gulescilerimiz-dunya-cempionatini-medalsiz-basa-vurdu

Digər Xəbərlər
Xəbər Lenti
22 Noyabr 18:10 Çək və bizə göndər!