COP29

“Mundiala boş yerə getmədiyimi sübut etmək istəyirdim, bunu da bacardım”

04:20 Güləş 81
“Mundiala boş yerə getmədiyimi sübut etmək istəyirdim, bunu da bacardım”

“Rəqiblərim çox güclü idi. Bu səviyyə yarışlarda asan rəqib olmur”.

Sportinfo.az xəbər verir ki, bunu Azərbaycanın U-23 millisinin sərbəst güləşçisi Maqomed-Başir Xaniyev (70 kq) deyib.

İlk dəfə dünya çempionu olan gənc güləşçi Hava Limanında qarşılanma zamanı təəssüratlarını bölüşüb:

“Yarımfinal və final görüşlərim çox çətin keçdi. Amma buna hazırlaşmışdıq. Yaxşı 3 təlim-məşq toplanışı keçmişdik. Hər şeyə tam olaraq hazır idim.

Mundiala boş yerə getmədiyimi sübut etmək istəyirdim. Bunu da bacardım. Bizə yaradılan şəraitə görə Azərbaycan Güləş Federasiyası və Gənclər və İdman Nazirliyinə təşəkkürümü bildirirəm”.

Maqomed-Başir Xaniyev finalda Maqomed Eltemirovu (AİN) məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Xəbər Lenti
30 Oktyabr 03:50 Qazanan "Naxçıvan"dır