COP29

“Beşinci dəfə dünya çempionu olandan sonra karyeramı bitirəcəm”

03:30 Güləş 63
“Beşinci dəfə dünya çempionu olandan sonra karyeramı bitirəcəm”

"Beşinci dəfə dünya çempionu olmağa çalışacam, bundan sonra karyeramı bitirəcəm".

Sportinfo.az xəbər verir ki, bunu Albaniyanın paytaxtı Tiranada keçirilən qeyri-olimpiya çəki dərəcələri üzrə dünya çempionatında qızıl medal qazanan Azərbaycan yunan-Roma güləşçisi Eldəniz Əzizli (55 kq) Dünya Güləş Birliyinin (UWW) rəsmi saytına açıqlamasında deyib.

32 yaşlı idmançı növbəti il Avropa çempionatına qatılmayacağını söyləyib:

"Gələcəkdə nələrin olacağını bilmirəm. Amma dünya çempionatlarındakı beşinci qızıl mükafatı əldə etmək istəyirəm".

Əzizli finalda məğlub etdiyi iranlı rəqibi Poya Marz haqqında da danışıb:

"Onunla əvvəl də üz-üzə gəlmişik. Bir-birimizi yaxşı tanıyırıq".

Eldəniz Əzizli 2018, 2022 və 2023-cü illərdə də mundialın qalibi olub.

Xəbər Lenti
30 Oktyabr 03:50 Qazanan "Naxçıvan"dır