Albaniyanın paytaxtı Tiranada qeyri-olimpiya çəkiləri üzrə dünya çempionatı keçirilir.
Sportinfo.az xəbər verir ki, mundialda bu gün 4 çəki dərəcəsi üzrə mükafatçılar bəlli olub.
Azərbaycan güləşçilərindən 3-ü finalda, 1-i isə təsəlliverici görüşdə qüvvəsini sınayıb.
5️5️ kq
Üçqat dünya çempionumuz Eldəniz Əzizli növbəti titul uğrunda xalçaya çıxıb. O, Azərbaycan tarixinə düşmək üçün iranlı Poya Marza ilə qarşılaşıb. Eldəniz xalların keyfiyyətinə görə (1:1) qalib gələrək 4-cü dəfə dünya çempionatında qızıl medal qazanıb.
6️3️ kq
Nihat Məmmədli finalda qazaxıstanlı Yerjet Jarlikassinlə münasibətinə aydınlıq gətirib. Güləşçimiz 6:1 hesabı ilə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsində yer alıb.
7️2️ kq
Ülvü Qənizadə final görüşünə çıxıb. O, qızıl medallar uğrunda fransalı İbrahim Qanemlə qarşılaşıb və 3:2 hesabı ilə qalib gəlib.
8️2️ kq
Qurban Qurbanov təsəlliverici görüşdə özbəkistanlı Jalqasbay Berdimuratovla güləşib. Qurbanov rəqibinə 5:0 hesabı ilə qalib gələrək bürünc medal uğrunda görüşə vəsiqə qazanıb. Medal uğrunda mübarizədə güləşçimiz türkiyəli Ahmet Yılmaza 1:8 hesabı ilə uduzaraq, fəxri kürsüdən kənarda qalıb.