COP29

“Mənə niskə getməməyi məsləhət gördülər”

28 Sentyabr 03:20 Güləş 475
“Mənə niskə getməməyi məsləhət gördülər”

"Hər idmançı kimi, mən də öz ölkəmi olimpiadada təmsil etmək istəyirəm".

Sportinfo.az xəbər verir ki, bunu "report"a açıqlamasında Rusiyanın Tümen şəhərində keçirilən beynəlxalq turnirdə gümüş medal qazanan Azərbaycanın yunan-Roma güləşçisi Eldəniz Əzizli (60 kq) deyib.

Millinin kapitanı, üçqat dünya və ikiqat Avropa çempionu olan pəhləvan Azərbaycan idmançılarının 2 gümüş, 1 bürünc medal qazandığı yarışın gələn ay keçiriləcək dünya çempionatına hazırlıq xarakteri daşıdığını bildirib:

"Yaxşı, səviyyəli yarış oldu. Bir çox ölkələrin təmsilçiləri iştirak edirdilər. Öz çəkimdən yuxarı çəki dərəcəsində mübarizə aparırdım.

Rəqiblərimə qarşı layiqli mübarizə apardım və finala vəsiqə qazandım. Təəssüf ki, həlledici qarşılaşmadan əvvəl qolumdakı köhnə zədə ağrımağa başladı.

Məşqçilərim mundial öncəsi riskə getməməyimi məsləhət gördülər. Ülvi Qənizadə (72 kq) də zədəsi olduğu üçün final görüşünü buraxdı.

Qarşıdakı dünya çempionatından sonra olimpiya çəkiləri müəyyənləşəcək. Hər idmançı kimi, mən də öz ölkəmi olimpiadada təmsil etmək istəyirəm".

Azərbaycan güləşçiləri oktyabrın 28-31-i aralığında Albaniyanın paytaxtı Tiranada keçiriləcək dünya çempionatında iştirak edəcəklər.

Digər Xəbərlər
Xəbər Lenti