İqtisadiyyat naziri, Azərbaycan Güləş Federasiyasının prezidenti Mikayıl Cabbarov Parisdə keçirilən XXXIII Yay Olimpiya Oyunlarında sərbəst güləş üzrə bürünc medal qazanmış Maqomedxan Maqomedovu təbrik edib.
Sportinfo.az xəbər verir ki, bu barədə AGF prezidenti sosial şəbəkədə yazıb.
“Olimpiya Oyunlarında güləşdə üçüncü və son medalımızı qazandıq. Sərbəst güləşçimiz Maqomedxan Maqomedov (97 kq) böyük əzmkarlıq göstərərək Paris2024-də bürünc medal əldə etdi. İdmançımızı, onun valideynlərini və məşqçilərimizi təbrik edirik”, – o qeyd edib.