Azərbaycanın qadın güləşçisi Mariya Stadnik sosial media hesablarında paylaşım edib.
Sportinfo.az xəbər verir ki, karyerasında 5-ci dəfə Olimpiya Oyunlarında iştirak edən və ötən gün Paris-2024-ün 1/4 finalında uduzaraq medalsız qalan Stadnik paylaşımında bu sözləri yazıb:
"Mənim idman tarixim artıq yazılıb, 4 olimpiya medalı...İnsan planlaşdırır, amma Allah hər zaman bizim üçün ən yaxşısını bilir.
17 il ərzində böyük qürurla Azərbaycanın adını təmsil etdim, bu yolda məni dəstəkləyən və mənimlə olan hər kəsə təşəkkür edirəm.
İndi isə başqa bir tarix yazmağın vaxtıdır”
London-2012 və Rio-2016-nın gümüş mükafatçısı olan Stadnik Pekin-2008 və Tokio-2020-də bürünc medal qazanıb.