COP29

Azərbaycan millisinin baş məşqçisi nikbin danışdı

4 Avqust 03:50 Güləş 2 605
Azərbaycan millisinin baş məşqçisi nikbin danışdı

"Güləşçilərimiz qələbəyə köklənib".

Sportinfo.az xəbər verir ki, bunu Azərbaycanın sərbəst güləş üzrə millisinin baş məşqçisi Xetaq Qazyumov Fransanın paytaxtı Parisdəki Yay Olimpiya Oyunları öncəsi son hazırlıq prosesi ilə bağlı danışarkən deyib.

Təcrübəli mütəxəssis hazırlıqların plan üzrə getdiyini bildirib:

"Hazırlıq prosesi plan üzrə gedir. Olimpiada üçün son təlim-məşq toplanışıdır.

Güləşçilərimiz qələbəyə köklənib. Ümid edirəm ki, olimpiya oyunlarında ən yaxşı çıxışlarını nümayiş etdirəcəklər.

İnanıram ki, toplanışı zədəsiz başa vuracağıq. Sonra olimpiada bayramı başlayacaq".

Paris-2024-də güləş yarışları avqustun 5-də start götürcək. Yarışlar avqustun 11-də başa çatacaq.

Digər Xəbərlər
Xəbər Lenti