COP29

Məmmədov imtina etdi, Əliyevin rəqiblərindən biri dəyişdi

24 İyul 03:20 Güləş 1 926
Məmmədov imtina etdi, Əliyevin rəqiblərindən biri dəyişdi

“Paris-2024” Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyevin (65 kiloqram) rəqibləri arasında dəyişiklik olub.

Sportinfo.az Dünya Güləş Birliyinin rəsmi saytına istinadən xəbər verir ki, rusiyalı idmançı Şamil Məmmədov yarışa qatılmaqdan imtina edib.

O, Olimpiadada neytral statusda çıxış etmək istəməyib.

Ş.Məmmədovu moldovalı güləşçi Maksim Sakultan əvəzləyib.

Paris Olimpiadasında ümumilikdə 97 sərbəst güləşçi medallar uğrunda mübarizə aparacaq. Onlar 6 çəki dərəcəsində mükafatçıları müəyyənləşdirəcəklər.

Azərbaycan millisi turnirdə bütün çəkilərdə təmsil olunacaq. Sərbəst güləş yarışları avqustun 8-dən 11-dək keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 10:40 Hələ seçim etməmisiz?
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...
7 Sentyabr 04:50 Xoş gəldin, Santuş baba
7 Sentyabr 01:50 “Difai”harada oynayacaq?