COP29

Azərbaycan komandası Avropa çempionu oldu

1 İyul 03:00 Güləş 284
Azərbaycan komandası Avropa çempionu oldu

Azərbaycanın 17 yaşadək oğlanlardan ibarət güləş millisi Serbiyanın Novi Sad şəhərində keçirilən Avropa çempionatının qalibi olub.

Sportinfo.az xəbər verir ki, qitə birinciliyində 2 qızıl, 2 gümüş, 2 bürünc medal qazanan komanda 160 xal toplayıb.

Yığmamız ikinci pillədəki Ermənistanı 36 xal qabaqlayıb. Türkiyə (119) isə üçüncü yeri tutub.

Böyük məşqçi Əsgərxan Novruzov, məşqçilər Vahid Məmmədovla Rövşən Hacıyevin rəhbərliyi altında Muhamməd İsmayılov (51 kq) və İsa Yusibov (65 kq) qızıl, Hüseyn İsmayılovla (60 kq) Muxamad Qantemirov (110 kq) gümüş, Hacıhüseyn Əhmədzadə (48 kq) və Hüseyn Hüseynov (55 kq) isə bürünc medal qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti