COP29

Mikayıl Cabbarov bu qərara laqeyd qalmadı, nümunə göstərdi

13 Avqust 03:20 Güləş 895
Mikayıl Cabbarov bu qərara laqeyd qalmadı, nümunə göstərdi

O, mübarizə əzmi, intizamı və çalışqanlığı ilə hər zaman komanda yoldaşlarına nümunə olub.

Sportinfo.az xəbər verir ki, bunu Azərbaycan Güləş Federasiyasının (AGF) prezidenti Mikayıl Cabbarov 2 qat olimpiya mükafatçısı, 3 qat dünya və 4 qat Avropa çempionu Hacı Əliyevin karyerasını başa vurması ilə bağlı sosial şəbəkə hesabında yazıb.

"Ölkə güləşinə verdiyi töhfəyə, qazandığı uğurlarla bir çox yeniyetmə və gənc güləşçilərə ilham mənbəyi olduğuna görə Hacı Əliyevə təşəkkürümü bildirirəm.

İnanırıq ki, o, zəngin təcrübəsi ilə bundan sonra da Azərbaycan güləşinin inkişafına dəstək olacaq. Hər şey üçün çox sağ ol, Hacı", - deyə AGF rəhbəri bildirib.

Digər Xəbərlər
Xəbər Lenti
11:20 Bir-bir…