COP29

Mikayıl Cabbarovun bu güləşçiyə təbrik mesajı var

9 Avqust 03:30 Güləş 1 420
Mikayıl Cabbarovun bu güləşçiyə təbrik mesajı var

İqtisadiyyat naziri, Azərbaycan Güləş Federasiyasının prezidenti Mikayıl Cabbarov Parisdə keçirilən XXXIII Yay Olimpiya Oyunlarında yunan-Roma güləşi üzrə Azərbaycanın ilk medalını qazanmış Həsrət Cəfərovu təbrik edib.

Sportinfo.az xəbər verir ki, bu barədə federasiyanın başçısı sosial şəbəkədə yazıb.

“Bu gün Olimpiya Oyunlarında güləşdə ilk medalımızı qazandıq. Yunan-Roma güləşçimiz Həsrət Cəfərov (67 kq) böyük əzmkarlıq göstərərək Paris2024-də bürünc medal əldə etdi.

İdmançımızı, onun valideynlərini və məşqçilərimizi təbrik edirik. Digər güləşçilərimizə də bizə qələbə sevinci bəxş etmələrini arzulayırıq”, – o qeyd edib.

Avqustun 8-də Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov qırğızıstanlı rəqibi Amantur İsmayılovu yenərək olimpiadanın üçüncüsü olub.

Digər Xəbərlər
Xəbər Lenti
11:20 Bir-bir…