COP29

Azərbaycan "sərbəst" millisi Avropa çempionu oldu

8 İyul 03:00 Güləş 649
Azərbaycan "sərbəst" millisi Avropa çempionu oldu

Serbiyanın Novi Sad şəhərində keçirilən güləş üzrə U-20 Avropa çempionatına yekun vurulub.

Sportinfo.az xəbər verir ki, sərbəst güləş üzrə millimiz qitə birinciliyində uğurlu çıxış edib.

Böyük məşqçi Arif Abdullayev, məşqçilər Rövşən Hacıyevlə Əşrəf Əliyevin rəhbərliyi altında yarışda iştirak edən yığmanın 6 üzvü fəxri kürsüyə qalxıb.

Bir qızıl, dörd gümüş və bir bürünc medal qazanan millimiz 132 xal toplayaraq növbəti dəfə komanda hesabında Avropa çempionu olub.

Türkiyə (125) ikinci, Gürcüstan (99) isə üçüncü yeri tutub.

Millinin heyətində Xetaq Karsanov (97 kq) qızıl, Vasif Bağırov (57 kq), Camal Abbasov (61 kq), Sadiq Mustafazadə (86 kq) və Anar Cəfərli (92 kq) gümüş, Yusif Dursunov (125 kq) isə bürünc medal qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti
21 Avqust 19:00 Vay Qarabağ, ah Qarabağ!
21 Avqust 17:50 Çək və bizə göndər!
21 Avqust 02:40 "Sabah" Litvaya getdi