COP29

“Baku Fire”ın 5 oyunçusuna güvənən Azərbaycan yığmasından böyük uğur - Macarıstandan FOTOLAR

15 İyul 17:00 Futzal 1 147
“Baku Fire”ın 5 oyunçusuna güvənən Azərbaycan yığmasından böyük uğur - Macarıstandan FOTOLAR

Azərbaycan yığması Macarıstanda tələbələr arasında keçirilən Avropa çempionatında iştirak edir.

Komandamız artıq 1/4 finala vəsiqə qazanıb.

Debretsen və Miskolc şəhərlərində 40 ölkədən 400 universitetin təmsilçilərinin iştirakı ilə hər il baş tutan EUG2024 yarışları həlledici mərhələyə yaxınlaşmaqdadır.

Azərbaycan Bədən Tərbiyəsi və İdman Akademiyası (ADBTİA) başqa ölkələrin nümayəndələri ilə qarşılaşıb.

Yığmamız Macarıstana 16:1, Almaniyaya 5:1, Polşaya 4:1 hesabla qalib gəlib. Təmsilçimiz tək məğlubiyyəti Ukraynadan alıb - 3:4.

Yüksək və Birinci Liqada iştirak edən, yığma üçün hər zaman yeni oyunçular yetişdirən “Baku Fire”FK-dan 5 nəfər - Kənan Manafov, Oktay Rüstəmli, Fərid Abbasov,Murad Quluzadə və Eldar Zehnalov, ”Araz-Naxçıvan”dan 3 nəfər - Vladislav Reznov, Xəzər Ağalizadə, Novruz Qazıxanov, “Neftçi”dən isə 1 nəfər - Ülvi Əliyev yığmamızın formasını geyinir.

Yığmaya cəlb olunan digər oyunçular - Vüsal İsayev, Mirmehdi Rzayev, Ağaseyid Qasımov və Şöhrət Yusifov isə minifutbolda fərqli komandaların şərəfini qoruyur.

Azərbaycan yığması bu gün ¼ final mərhələsində İspaniyanın önünə çıxacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti