
Futzal üzrə Azərbaycan Kubokunun yarımfinal mərhələsinin oyunları keçirilib.
Sportinfo.az xəbər verir ki, əvvəlcə Yüksək Liqanın 2 iddialı komandası üz-üzə gəlib.
6:3 hesabı ilə qalib gələn “Araz-Naxçıvan” ilk finalçı olub.
Digər matçda isə Birinci Liqanın lideri PFL U-19-dan güclü olub.
Təcrübəli futzalçılardan qurulan aşağı liqa təmsilçisi “Araz-Naxçıvan”la finalda qarşılaşmaq hüququ qazanıb. Final iyunun 5-də keçiriləcək.
"Araz-Naxçıvan" – "Neftçi" İK (3:2) 6:3
Qollar: Roman Adamov, 1:25, 20:49, Amirhossein Rasouli, 9:15, Xəzər Ağalızadə, 10:56, 39:34, Mateus, 21:13 // Emil Həsənzadə, 8:37, Javad Haidar, 11:29, Abdul Ghafar, 21:03
PFL – U-19 (3:0) 4:0
Qollar: Nicat Qafarlı, 6:39, Eyvaz Tağıyev, 11:48, Elçin İsmayılov, 17:22, Raqif Eyvazov, 29:00