Futzal üzrə Yüksək Liqada 4-cü turun oyunları keçirilib.
Sportinfo.az xəbər verir ki, açılış oyununda lider “Araz-Naxçıvan” “Record”la oyundan qələbə ilə ayrılıb.
Növbəti oyuna da təcrübəli “Neftçi” yaxşı başlayıb. Düzdü, U-19 ilk qolun cavabını verə bilib, amma əzmkarlıq məğlubiyyətdən yaxa qurtarmaq üçün kifayət etməyib.
Turun son görüşü də məhsuldar alınıb. Liderin ən yaxın izləyicisi olan “Baku Fire” debütantı yenərək xal ehtiyatını 8 çatdırıb.
“Araz-Naxçıvan” – “Record” 6:2
Qollar: Erik Danillo, 9:39, Katatau, 10:28, Xətai Bağırov, 29:37, Amadeu, 29:50, Lukas Romao, 36:23, İsa Atayev, 36:50 – Mojtaba Vali, 26:50, 33:43.
“Neftçi” İK – U-19 9:2
Qollar: Namiq Məmmədkərimov, 6:48, Reza Abqoun, 9:05, 9:47, 29:42, 38:20, Mirzə Əmirov, 17:00, Amir Şojaei, 21:32, 27:41, Əjdər Əjdərov, 36:46 – Oqtay Mahmudzadə, 8:44, Rüfət Məmmədli, 23:23.
“Baku Fire” – “Yasamal Bakı” 10:4
Qollar: Tofiq Əliyev, 2:02, 25:44, Tofiq Mikayılov, 11:45, 16:03, 39:59, Oruc Baxşəlizadə, 15:03, 38:02, Oktay Rüstəmli, 19:29, Kənan Manafov, 29:12, 39:20 – Rüstəm Bağırov, 14:23, 39:39, Tofiq Məlikov, 32:09, Mirəhməd Məmmədov, 32:33.