Ötən mövsüm “Neftçi”nin heyətində çıxış edən futzalçı Ülvi Əliyev “Araz-Naxçıvan”a keçib.
Sportinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyası məlumat yayıb.
25 yaşlı futzalçı yeni mövsümdə ölkə çempionunun uğurları üçün çalışacaq.
Artıq “qırmızı-ağlar”ın təlim-məşq toplanışına qoşulan Ü. Əliyev debütünü gələn ay keçiriləcək UEFA Çempionlar Liqasının ilkin mərhələ oyunlarında edəcək.
Futzalçı Azərbaycan millisinə məhz Vitali Borisovun rəhbərliyi dövründə dəvət olunub.
Daha əvvəl "Araz-Naxçıvan" Azərbaycan millisinin digər bir üzvü İlham Alıyevi transfer edib.