COP29

"Son addım qalıb"

23 Avqust 03:00 Futzal 814
"Son addım qalıb"

Futzal üzrə UEFA Çempionlar Liqasının ilkin mərhələsində bu gün Estoniya çempionu “Sillamae Silla” ilə qarşılaşan “Araz-Naxçıvan” böyükhesablı qələbə qazanıb – 7:0.

Sportinfo.az xəbər verir ki, matçdan sonra “qırmızı-ağlar”ın baş məşqçisi Vitali Borisov açıqlama verib:

“Dünənki oyunla müqayisədə bu gün daha yaxşı oynadıq. Oyunumuzda sürət artmışdı.

Düzdür, yenə qol epizodlarından istədiyimiz qədər faydalana bilmədik. Rəqibin də 4-5 qol epizodu oldu, amma qapıçılarımız yaxşı oynamaqla qapımızı toxunulmaz saxlamağı bacardılar.

Son addım qalıb. İnşallah, bu iki oyunda qaçırdığımız epizodları “Uddevalla” matçda realizə edərik”.

Xəbər Lenti