
Futzal üzrə Azərbaycan milli komandası bu gün DÇ-2020-nin Bakıda təşkil olunan əsas mərhələsi çərçivəsində ilk oyununu keçirib.
Sportinfo.az xəbər verir ki, komandamız Bakı İdman Sarayında Moldova futzalçıları ilə qarşılaşıb. Görüş yığmamızın inamlı qələbəsi ilə başa çatıb - 3:1.
DÇ-2020-nin seçmə mərhələsi
23 oktyabr
20:00. Azərbaycan – Moldova - 3:1
Qollar: Bolinya, 12, 35, Vassura, 33 - Laşku, 8
Hakimlər: Ondrey Çerni (Çexiya), İnqus Puriņş (Latviya), İnqo Heemsot (Almaniya)
Hakim-inspektor: Galan Nieto Pedro Angel (İspaniya)
UEFA nümayəndəsi: Assem Kuzhanova (Qazaxıstan)
Bakı İdman Sarayı
Azərbaycan: Rövşən Hüseynli, Elnur Zamanov, Nihad İsmayılov, Xətai Bağırov, İsa Atayev, Rizvan Fərzəliyev, Ramiz Çovdarov, Hadi Əhmədi, Vahid Şəfiyi, Əmir Şücayi, Tyaqu Bolinya, Eduardo, Vassura, Eşaq Surqali.
Moldova: Aleksey Kapsamun, Andrey Makoviyçuk, Andrey Neqara, Kristian Krasnov, Aleksandr Sımbalist, Sergey Nikolayçuk, Konstantin Nitsa, Konstantin Burcuel, Andrian Laşku, Sergey Takot, Kristian Obade, Konstantin Qurjuy, Yon Koval, Yulian Kojokaru.