COP29

Azərbaycanın tanınmış klubu baş məşqçisini niyə 1 ay sonra istefaya göndərdi? - FOTO

26 Sentyabr 11:20 Futzal 1 120
Azərbaycanın tanınmış klubu baş məşqçisini niyə 1 ay sonra istefaya göndərdi? - FOTO

“Araz-Naxçıvan” futzal klubunda baş məşqçi dəyişikliyi baş verib.

Bu haqda Azərbaycan Futzal Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, klubdaxili iclas zamanı komandanın UEFA Çempionlar Liqasında çıxışı müzakirə olunub və nəticə qeyri-qənaətbəxş hesab olunub.

Buna görə də baş məşqçi Vitali Borisovla qarşılıqlı razılıq əsasında müqaviləyə xitam verilib. Klubdan verilən məlumata görə, baş məşqçi vəzifəsinin icrası müvəqqəti olaraq Predraq Rayiçə həvalə olunub.

V.Borisov Azərbaycan millisinin baş məşqçisi kimi işini davam etdirəcək.

Vitali Borisov və Predraq Rayiç 2023-cü ilin iyulundan Azərbaycan millisində və “Araz-Naxçıvan”da çalışırdı. Azərbaycan millisinin keçmiş üzvü baş məşqçi təyin olunduqdan sonra serb mütəxəssisi məşqçilər korpusuna dəvət edib.

Verilən rəsmi açıqlama həqiqətə güzgü tutmur. Əslində, klubda başqa hadisələr baş verib.

araz-naxcivan-vitali-borisovu-gonderdi

Əvvəla, onu xatırladaq ki, «Araz» ÇL ilə avqustun 24-də vidalaşıb. H qrupunda yer alan çempionumuz son turda İsveçdən “Uddevalla”ya 3:4 hesabı ilə uduzaraq, mübarizəni dayandırıb.

Reqlamentə əsasən, ancaq qrup qalibi əsas mərhələyə yüksəlir. "Araz-Naxçıvan" Şimali İrlandiya təmsilçisi “Sparta Belfast” və Estoniya çempionu “Sillamae Silla” üzərində qələbə qazansa da, bu, yetərsiz olub.

Yarışdan 1 ay sonra nəticəyə qiymət vermək nə dərəcədə ağlabatandır? ÇL-in əsas mərhələsindən kənarda qalmaq klub rəhbərliyinə mənfi təsir etsəydi, yəqin ki, elə o ərəfədə toplanar və yekun qərar çıxarardılar.

Ayrılıq idarəçilərlə baş məşqçi arasında yaranan fikir ayrılığından qaynaqlanır. Rəsmilər «Araz»ın büdcəsini azaltmağı lazım bilib.

Braziliyalı Amadeu daxil, 2-3 legionerin göndərilməsi barədə tapşırıq verilib. Bu da Borisovun ürəyincə olmayıb və etirazını bildirib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti