Millimiz qalib oldu, Təmkin Xəlilzadə ən yaxşı seçildi - FOTO

01:50 Futzal 808
Millimiz qalib oldu, Təmkin Xəlilzadə ən yaxşı seçildi -  FOTO

Dünya çempionatına hazırlaşan Azərbaycan minifutbol millisi Monteneqronun Herseq Novi şəhərində təşkil olunan beynəlxalq turnirdə iştirak edib.

Sportinfo.az xəbər verir ki, Bosniya və Herseqovina, Türkiyə, Monteneqro və Qazaxıstan yığmalarının mübarizə apardığı yarışda komandamız bütün rəqiblərinə qalib gələrək, baş mükafata sahib çıxıb.

Millimizin üzvü Təmkin Xəlilzadə isə turnirin ən yaxşı oyunçusu adına layiq görülüb.

Yığma daha bir beynəlxalq turnirdə iştirak etmək üçün Slovakiyanın Koşitse şəhərinə yollanacaq. Aprelin 30-da başlanacaq yarışda Azərbaycan seçməsi ilə yanaşı, Slovakiya, Ukrayna, Belçika, Polşa və Macarıstan mübarizə aparacaq. Turnirə mayın 1-də yekun vurulacaq.


Digər Xəbərlər
Xəbər Lenti