COP29

Şəxsi problemləri çıxdı, millidən kənarda qaldı

4 Noyabr 02:20 Futzal 375
Şəxsi problemləri çıxdı, millidən kənarda qaldı

Azərbaycan futzal millisinin üç üzvü Bosniya və Herseqovina ilə səfərdə keçiriləcək yoxlama oyunlarında iştirak etməyəcək.

Sportinfo.az xəbər verir ki, bunu “report”a açıqlamasında yığmanın baş məşqçisi Vitali Borisov deyib.

42 yaşlı mütəxəssis həmin futzalçıların müəyyən səbəblərdən səfərə yollana bilməyəcəklərini vurğulayıb:

“Qapıçı Rövşən Hüseynov yenə komandaya qatıla bilməyəcək. Çünki bizim təlim-məşq toplanışı keçirəcəyimiz müddətdə onun çempionat matçları var.

Ona görə də qərara gəldik ki, Rövşən Qazaxıstanda qalıb oyunlarını keçirsin. Komandasının əsas qapıçısı olaraq qalıb oyunlarda iştirak etməsi daha faydalıdır.

Digər tərəfdən, yol yorğunluğu ola bilər. Kənan Manafov hələ zədəsini tam sağaltmayıb. Fərid Atakişiyev də şəxsi problemlər səbəbindən bizimlə səfərə yollanmayacaq”.

Azərbaycan millisi noyabrın 4-ü və 5-də Bosniya və Herseqovina ilə yoldaşlıq görüşləri keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti
22 Noyabr 18:10 Çək və bizə göndər!
22 Noyabr 03:40 “Araz” Gəncəyə getdi
22 Noyabr 03:10 “Difai” Buzovna yolunda
22 Noyabr 02:50 "Turan" 2 manat istəyir
22 Noyabr 00:00 Üzr VİDEOsu yayıldı
21 Noyabr 20:20 AFFA məhkəməyə verildi