COP29

"Rəhbərliklə danışdıq, yenidən 1 illik legioner həyatı yaşamağa qərar verdiyimi dedim”

2 İyul 03:20 Futzal 326
"Rəhbərliklə danışdıq, yenidən 1 illik legioner həyatı yaşamağa qərar verdiyimi dedim”

“Astana”nın hədəfləri yüksəkdir, bu da məndə böyük maraq oyatdı".

Sportinfo.az xəbər verir ki, bunu “report”a açıqlamasında Azərbaycanın futzal millisinin qapıçısı Rövşən Hüseynli Qazaxıstanın “Astana” klubuna keçidi barədə danışarkən deyib.

Təcrübəli qolkiper seçimini belə izah edib:

“Atırau”da çıxış etdiyim müddətdə həm ölkəmizdən, həm də xarici klublardan təkliflər var idi. Sadəcə, müəyyən vaxt lazım idi ki, təklifləri dəyərləndirim. Klubların durumu, strategiyası, ordakı yaşayış tərzi, ölkənin vəziyyəti önəmlidir. Çünki orada ailəmlə yaşayıram. Müəyyən xırda detallar vacib rol oynayır. Menecerim Marat Salyanski ilə birlikdə bu işin üzərində çalışırdıq. Sonda “Astana” klubu ilə müqavilə bağlamaq qərarına gəldik”.

R.Hüseynli həmişə “Araz-Naxçıvan” klubunda oynamağa hazır olduğunu söyləyib:

“Araz-Naxçıvan” mənim üçün doğma klubdur. Rəhbərliklə yaxşı əlaqələrimiz, ünsiyyətimiz var. Sağ olsunlar, klubun qapılarını daim üzümə açıblar. Hər zaman “Araz-Naxçıvan”a xidmət etməyə hazıram. Çünki bu yerlərə gəlib çatmağımda pay sahibi olublar. Rəhbərliklə danışdıq, yenidən 1 illik legioner həyatı yaşamağa qərar verdiyimi dedim”.

Qapıçı yeni komandasının hədəflərinin yüksək olduğunu vurğulayıb:

“Son iki-üç mövsümdə “Astana” yüksək pillələr uğrunda mübarizə aparmaqda çətinlik çəkirdi. Martda kluba yeni sponsor gəldi, rəhbər təyin olundu. Braziliyalı baş məşqçi dəvət edildi. Müəyyən detallar bizi cəlb etdi və bu klubla müqavilə bağladıq”.

Digər Xəbərlər
Xəbər Lenti
4 İyul 03:50 Üçü bəsdir? - VİDEO