
Azərbaycanın futzal millisinin baş məşqçi postunda dəyişiklik olacaq.
Son 2 ildə yığmanın sükanı arxasında dayanan Vitali Borisov vəzifəsindən uzaqlaşdırılacaq.
Bu, federasiya rəhbərliyinin planıdır. Azərbaycan Futzal Federasiyası (AFF) onun işindən kəskin narazıdır.
Səbəb komandanın AVRO-2026-nın əsas mərhələsində uğursuz çıxışıdır.
Beşinci qrupda Xorvatiya 15 xalla liderdir. Yunanıstan 7 xalla 2-ci, İsveç 4 xalla 3-cü, Azərbaycan 2 xalla 4-cüdür.
Qrupdan çıxmaq şansı olmayan millimiz son oyununu aprelin 15-də Bakıda Xorvatiyaya qarşı keçirəcək.
SPORTİNFO.AZ