
Futzal üzrə Xorvatiya yığmasının baş məşqçisi Marinko Mavroviç UEFA AVRO-2026-nın seçmə mərhələsinin 5-ci qrupunun final, 6-cı turunun Bakıda Azərbaycan millisi üzərində qazandığı qələbəni (4:1) şərh edib.
Sportinfo.az xəbər verir ki, xorvat mütəxəssis komandasından razılıq bildirib:
“Şadam ki, Azərbaycanla oyunda ciddiyyət nümayiş etdirdik. Çünki AVRO-dakı yerimizi təmin etdiyimiz Yunanıstanla oyundan (6:0) sonra özümüzü motivasiya etmək çətin idi.
Amma xarakter nümayiş etdirdik və ona görə də bu qələbə daha çox xoşuma gəldi”.