Millimizin baş məşqçisinin dil-dodağı “qurudu”: "Deməyə söz tapmıram"

12 Aprel 11:20 Futzal 438
Millimizin baş məşqçisinin dil-dodağı “qurudu”: "Deməyə söz tapmıram"

Azərbaycan futzal millisinin baş məşqçisi Vitali Borisov Avro-2026-nın əsas mərhələsinin 5-ci turunda İsveçə məğlubiyyətdən (3:4) danışıb.

Sportinfo.az xəbər verir ki, mütəxəssis Azərbaycan Futzal Federasiyasının saytına açıqlamasında komandasının fiziki baxımdan gücünün çatışmadığını deyib:

“Oyuna yaxşı başladıq və ardıcıl 2 top vurduq. Fasiləyə qədər azı 2-3 epizodda da fərqlənə bilərdik.

Birinci hissədəki çıxışdan razı qaldım. Düzdür, onlar da iki qol vurdular.

Topu itirdik və əks-hücumda yaxalandıq. İkinci hissədə isə “5-in 4-də” olan zaman müdafiə oluna bilmədik.

Eyni səhvləri təkrarladıq. Bakıdakı oyunda onlar necə qol vurmuşdularsa, burada da onu təkrar etdilər.

Halbuki videobaxış zamanı göstərdik, necə oynamalı olduqlarını başa saldıq, məşq prosesində də üzərində işləyirdik. Söz tapmıram deməyə...

Belə deyim, əlimizdə olan bütün futzalçıları həmin mövqelərdə yoxlamışıq və nəticə ala bilmirik.

Bir az da fiziki gücümüz çatmadı. Son 10 dəqiqədə demək olar, fiziki baxımdan çatdırmadıq”.

5-ci qrupda Xorvatiya 15 xalla liderdir. Yunanıstan 7 xalla 2-ci, İsveç 4 xalla 3-cü, Azərbaycan 2 xalla 4-cüdür.

Qrupdan çıxmaq şansı olmayan Azərbaycan millisi son oyununu aprelin 15-də Bakıda Xorvatiya yığmasına qarşı keçirəcək..

Digər Xəbərlər
Xəbər Lenti
12 Aprel 18:10 Çək və bizə göndər!
12 Aprel 08:50 O. bu liqaya göndərildi
12 Aprel 03:30 "Mən həyəcanlanıram"