Millimizin baş məşqçisi qərar verdi - O, heyətdən kənarlaşdırıldı

13:20 Futzal 148
Millimizin baş məşqçisi qərar verdi - O, heyətdən kənarlaşdırıldı

Avropa çempionatının əsas mərhələsində İsveç və Xorvatiya ilə qarşılaşacaq Azərbaycanın futzal millisinin heyətində 3 dəyişiklik edilib.

Sportinfo.az Futzal Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, dünən təlim-məşq toplanışına başlayan komandada Nihat İsmayılov və Kamran Hacıyev zədəli olduğuna görə heyətdən çıxarılıb.

Təcrübəli qapıçı Rövşən Hüseynli isə baş məşqçi Vitali Borisovun qərarı ilə kənarlaşdırılıb.

Əvəzində mütəxəssis “Neftçi” İK-dan qapıçı Vladislav Reznovu, “Şuşa”dan isə hücumçu Rüstəm Bağırovu düşərgəyə dəvət edib.

Aprelin 8-dək Bakıda məşq edəcək yığma ertəsi gün İsveçə yola düşəcək. İsveçlə oyun aprelin 11-də səfərdə, Xorvatiyaya qarşı matç isə 15-də Bakıda keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti