
Futzal üzrə Azərbaycan Yüksək Liqasında XIII turun daha iki oyunu keçirilib.
Sportinfo.az xəbər verir ki, "Neftçi" İK "Yasamal Bakı"nı məğlub edib - 12:3.
Hazırkı ölkə çempionu "Araz-Naxçıvan "Şuşa"ya şans verməyib - 10:4.
Turun ilk oyununda "Baku Fire" U-19-u 3:1 hesabı ilə üstələmişdi.
"Baku Fire" 32 xalla liderdir. "Araz-Naxçıvan" və "Neftçi" İK-in 31 xalı var. "Şuşa" 12 xalla dördüncü, U-19 9 xalla beşincidir.
Xalı olmayan "Yasamal Bakı" sonuncu - altıncı pillədə qərarlaşıb.