Azərbaycan yığması qapısından 10 qol buraxdı

27 Mart 00:50 Futzal 264
Azərbaycan yığması qapısından 10 qol buraxdı

Avropa çempionatının əsas mərhələsi çərçivəsində 19 yaşadək futzalçılardan ibarət komandalar arasında Azərbaycan millisi mübarizəyə başlayıb.

Sportinfo.az xəbər verir ki, komandamız ilk oyunda Bosniya və Herseqovinadan olan həmyaşıdları ilə qarşılaşıb.

Startda həyəcanını boğa bilməyən futzalçılarımız erkən qollar buraxıb. Sonrakı dəqiqələrdə də toparlana bilməyən komandamız məğlub olub.

U-19 qrupda növbəti oyununu sabah Xorvatiya yığmasına qarşı keçirəcək. Matç Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Bosniya Herseqovina Azərbaycan 10:2
Qollar: Bekir Arnaut, 0:14, 14:22, 15:04, Ammar Hodziç, 3:41, 8:19, Emir Mustafiç, 14:51, Ognjen Markoviç, 19:55, 33:53, Kenan Hrşitiç, 32:00, Kenan Azabagiç, 36:53 // Ədalət Ələkbərov, 12:24, Bəyoğlan Vəlizadə, 33:09

Ribnjak İdman Sarayı
Hakimlər: Rastislav Behancin (Slovakiya), Liviu Dumitru Chita (Rumıniya), Kastriot Gerxhaliu (İsveç)
Timekeeper: Luka Kovač Levantin (Xorvatiya)
Hakim-inspektor: Victor van Helvoirt (Niderland)
UEFA nümayəndəsi: Fabrizio Di Felice (İtaliya)

Digər Xəbərlər
Xəbər Lenti
29 Mart 03:50 "Neftçi" kimə uduzdu?