
Azərbaycanın futzal millisinin AVRO-2026-nın əsas mərhələsində aprelin 11-də səfərdə İsveç və bundan 4 gün sonra Bakıda Xorvatiya ilə keçirəcəyi oyunlara təyinatlar açıqlanıb.
Sportinfo.az Futzal Fedrasiyasının mətbuat xidmətinə istinadən xəbər verir kİ, səfərdəki görüşü İngiltərədən, Bakıdakı qarşılaşmanı isə Kiprdən olan hakimlər briqadası idarə edəcək.
11 aprel
21:00. İsveç – Azərbaycan
Hakimlər: Peter Nurse, Cordan Qriffits, Oliver Rodriqes-Bellinqer (hamısı İngiltərə).
Hakim-inspektor: Boqdan Soresku (Rumıniya).
Timekiper: Corc Yansizian (İsveç).
"Helsinqborq Arena"
15 aprel
20:00. Azərbaycan – Xorvatiya
Hakimlər: Yanqos Yanqu, Nikolas Nikolau, Teoçaris Teoçarus (hamısı Kipr).
Hakim-inspektor: Qjerqji Bitri (Malta).
Bakı İdman Sarayı