Federasiya istədi. paytaxt klubu razılıq verdi - Yığmaya görə

21 Mart 04:00 Futzal 215
Federasiya istədi. paytaxt klubu razılıq verdi - Yığmaya görə

Futzal üzrə Yüksək Liqada 13-cü turun oyun cədvəli açıqlanıb.

Sportinfo.az xəbər verir ki, oyunlardan biri martın 22-də, digərləri isə martın 27-də keçiriləcək.

Belə ki, U-19 martın 25-dən 30-dək Avropa çempionatının əsas mərhələsində mübarizə aparacağına görə, federasiya “Baku Fire”in də razılığı əsasında görüşün tarixini dəyişib.

Beləliklə U-19 – “Baku Fire” qarşılaşması martın 22-də, saat 16:00-da Olimpik Starda keçiriləcək.

U-19 – Baku Fire
22 mart. Olimpik Star. Saat 16:00

Yasamal Bakı – Neftçi İK İB
27 mart. Olimpik Star. Saat 14:00

Şuşa – Araz-Naxçıvan
27 mart. Olimpik Star. Saat 16:00

Digər Xəbərlər
Xəbər Lenti
21 Mart 11:30 Bir balaca cəld olun!
21 Mart 08:00 Azərbaycana yaz gəldi