
"Çempionluq olduqca xoş hissdir".
Sportinfo.az xəbər verir ki, bunu minifutbol üzrə Azərbaycan çempionatının final oyunundan sonra "Birbaşa Bakı"nın baş məşqçisi Marius Mitu deyib.
Rumıniyalı çalışdırıcı həlledici görüşdə "Zirə"yə qalib gəldikləri üçün sevincli olduqlarını söyləyib:
"Bütün futbolçularımızı və kollektivimizi təbrik edirəm. Ümumiyyətlə, bu gün meydanda əsl final ab-havası hiss olunurdu.
Bizi dəstəkləyən və qələbəmizdə pay sahibi olan hər kəsə təşəkkürümü bildirirəm".
Finalda "Birbaşa Bakı" "Zirə"yə 2:0 hesabı ilə qalib gələrək Azərbaycan çempionu olub.