
Minifutbol üzrə Azərbaycan çempionatında üçüncü yerin sahibi bəlli olub.
Sportinfo.az xəbər verir ki, bürünc medallar uğrunda oyunda “Aznur” və “Galaxy” üz-üzə gəlib.
Bakı Tennis Akademiyasında baş tutan görüşdə hesab açılmayıb. Qalibi müəyyən etmək üçün penalti zərbələrinə ehtiyac duyulub.
Burada daha dəqiq oynayan (3:1) “Aznur” üçüncü yerə sahib çıxıb.