
Bu gün Azərbaycan millisi Avro-2026-nın əsas mərhələsinin 5-ci qrupu çərçivəsində 4-cü tur oyununa çıxıb.
Sportinfo.az xəbər verir ki, millimiz səfərrdə Yunanıstan ilə qarşılaşıb.
Afinada keçirilən matç yunanların qələbəsi ilə başa çatıb - 3:2. Millimizin hər iki qolunu Kənan Məmmədov (32, 39) vurub.
Tərəflər arasında Bakıda keçirilən ilk matçda qalib müəyyənləşməyib - 2:2.
Millimiz qrupda növbəti oyununu aprelin 11-də səfərdə İsveç yığmasına qarşı keçirəcək.
11 mart
21:00. Yunanıstan - Azərbaycan - 3:2
Hakimlər: Trayan Ençev, Kaloyan Kirilov, İvan İvanov (Bolqarıstan)
Qollar: Alexandros Adamopoulos, 2:11, Spyridon Papakostas, 30:39, Marios Ntatis, 39:56 // Kənan Manafov, 32:39, 39:38
"DAİS Sports Hall".
23:00. Xorvatiya - İsveç
Xallar: Xorvatiya - 9, Yunanıstan - 7, Azərbaycan - 2, İsveç - 1.