Bu gün Azərbaycan çempionatının qalibi hansı komanda olacaq?

11 Mart 19:20 Futzal 347
Bu gün Azərbaycan çempionatının qalibi hansı komanda olacaq?

Bu gün minifutbol üzrə Azərbaycan çempionatının qalibi müəyyənləşəcək.

Sportinfo.az xəbər verir ki, həlledici görüşdə "Zirə" və "Birbaşa Bakı" üz-üzə gələcək.

Matç saat 21:00-da, Bakı Tennis Akademiyasında start götürəcək.

Sözügedən stadionda bu gün həmçinin üçüncü yer uğrunda “Aznur” və “Galaxy” qarşılaşacaq. Görüşə saat 19:30-da start veriləcək.

Qeyd edək ki, ötən il "Birbaşa Bakı" komandası Azərbaycan çempionu olmuşdu.

Digər Xəbərlər
Xəbər Lenti