Burada “Neftçi”nin qarşısında daya bilən yoxdur

27 Fevral 02:00 Futzal 617
Burada “Neftçi”nin qarşısında daya bilən yoxdur

Gənclər və İdman Nazirliyi, AFFA və Azərbaycan Minifutbol Federasiyasının birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan dövlət qurumlarının əməkdaşları arasında III minifutbol turniri davam edir.

Sportinfo.az xəbər verir ki, ilkin qrup mərhələsinin sonuncu – doqquzuncu turunda Sadıq Sadıqovun rəhbəri olduğu SOCAR kollektivi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin komandası ilə qarşılaşıb.

Rəqibindən aşkar üstünlüyü ilə seçilən “neftçilər” görüşdə 6:1 hesablı qələbə qazanıb.

Beləliklə, SOCAR komandası ilkin qrup mərhələsini məğlubiyyətsiz və qrup lideri kimi başa vurub.

Bu mərhələdən sonra bir pley-off oyunu keçiriləcək. Qalib komanda ikinci qrup mərhələsində (hərəsində 4 komanda olmaqla 4 qrup) mübarizəni davam etdirəcək. Bölgüyə görə, rəqibimiz D qrupunun səkkizincisi olacaq.

Digər Xəbərlər
Xəbər Lenti