Azərbaycan klubu bu ölkənin millisinin iki futbolçusunu transfer etdi - FOTO

25 Fevral 16:20 Futzal 2 905
Azərbaycan klubu bu ölkənin millisinin iki futbolçusunu transfer etdi - FOTO

Minifutbol üzrə Azərbaycan çempionatının favoritlərindən "Zirə" heyətinə legionerlər cəlb edib.

Sportinfo.az xəbər verir ki, "mediasport"a verilən məlumata görə, paytaxt təmsilçisi ölkə birinciliyinin yarımfinal görüşlərindən öncə Qazaxıstandan iki legioner gətirib.

Bunlar 39 yaşlı Aleksandr Kislitsin və 28 yaşlı Temirlan Adilovdur. Hər ikisi Qazaxıstanın minifutbol milli komandasının üzvləridir.

Transferdə məqsəd heyəti daha da gücləndirib "Birbaşa Bakı"nın Azərbaycan çempionatında hegemonluğuna son qoymaqdır.

Temirlan Adilov "Aznur"la cavab qarşılaşmasında qol da vurub.

Azərbaycan minifutbol millisinin baş məşqçisi Elşad Quliyevin çalışdırdığı "Zirə" ölkə birinciliyinin finalında məhz dəyişməz çempion "Birbaşa Bakı" ilə üz-üzə gələcək.

Həlledici matç martın 11-də keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti