
Azərbaycan futzal çempionatında XI turun oyunları keçirilib.
Turun mərkəzi qarşılaşmasında “Araz-Naxçıvan” lider “Baku Fire” üzərində 1:0 hesabı ilə qələbə qazanaraq xalların sayını 25-ə çatdırıb.
Digər oyunda “Neftçi” İK tura imzasını atıb.
Sportinfo.az xəbər verir ki, “Ağ-qaralar” “Şuşa” MFK-nın qapısından 7 top keçirərək rəqibini meydana çıxmağa peşman edib – 7:1.
Turun sonuncu oyununda U-19 “Yasamal Bakı”nı eyni hesabla məğlub edərək xalların sayını 9-a çatdırıb.
11-ci turdan sonra “Baku Fire” 26 xalla turnir cədvəlinə başçılıq edir. “Araz-Naxçıvan”la “Neftçi” İK-nın hesabında 25 xal var.
“Şuşa” 12 xalla 4-cü, U-19 9 xalla 5-ci, aktivində xal olmayan “Yasamal” sonuncudur.