
“Yüksək Liqada əsas mübarizə demək olar üç komanda - biz, “Araz-Naxçıvan” və “Neftçi” İK arasında gedir”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Baku Fire”ın baş məşqçisi Teymur Eyvazov deyib.
Futzal üzrə Azərbaycan çempionatı davam edir.
“Baku Fire”hazırda turnir cədvəlinin zirvəsində yer alıb. Gənc mütəxəssis məqsədlərinin qızıl medal qazanmaq olduğunu bildiib:
“Bizi fevral ayında əsas rəqiblərimzlə vacib oyunlar gözləyir. Bütün diqqətimizi bu oyunlara yönəltmişik.
Ümumilikdə, ikinci dövrə bizim üçün çətin keçəcək. Birinci yeri qorumaq onu qazanmaqdan daha çətindir.
Əsas odur ki, çox yaxşı kollektiv formalaşdırmışıq. İndiyədək istədiyimiz nəticələri əldə edə bilmişik. Bunun üçün çox çalışmışıq.
Hətta Yüksək Liqa komandaları arasında məşqlərə ən tez biz başlamışdıq. Fiziki hazırlıq keçib, baxışa oyunçular dəvət etmişdik.
Əsas odur ki, çox yaxşı kollektiv formalaşdırmışıq. Nəticədə ilk dövrəni birinci yerdə başa vura bildik.
“Neftçi” İK və “Araz-Naxçıvan” da çempionluğa iddialıdır. Bunun üçün gücləri var.
“Araz-Naxçıvan”ın heyətində həmişə legioner çox olub. Bundan əvvəlki çempionatlarda da daim əcnəbilərə üstünlük veriblər, ən azı 6-7 legionerlə iştirak ediblər.
Lakin rəqibin heyətinin kimlərdən ibarət olmasına o qədər də diqqət yetirmirik. Əsas işimiz komandamızla bağlıdır.
Bütün diqqətimizi buna yönəltmişik”.