“Neftçi”dən ağır yenilgi, “Baku Fire”dən 10 qol, “Şuşa”dan əzmkar qələbə

01:50 Futzal 109
“Neftçi”dən ağır yenilgi, “Baku Fire”dən 10 qol, “Şuşa”dan  əzmkar qələbə

Futzal üzrə Yüksək Liqada IX turun oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, ilk oyunda iki iddialı komanda üz-üzə gəlib.

Qış transfer pəncərəsindən istifadə edərək, xüsusilə də legionerlərlə güclənən komandaların duelini “Araz-Naxçıvan”dan Xəzər Ağalızadə buraxırdı.

Millinin üzvü cəzalı olduğuna görə komandasına kömək edə bilmədi. Namiq Məmmədkərimov da zədəli olduğuna görə matçı ehtiyatdan izlədi.

Oyun gözlənildiyi kimi gərgin, aqressiv mübarizə şəraitində keçdi. Fasiləyə qədər bir qol vuruldu. Hər iki tərəfin real qol epizodları olsa da, hesab standart vəziyyətdən açıldı.

Artıq 12-ci dəqiqədə foul limitini dolduran “Neftçi” İK 14-cü dəqiqədə rəqibə 10 metrlik zərbə vurmaq imkanı verdi. Matheus dəqiq oynamaqla yeni komandasının heyətində çempionatda ilk qolunu vurdu.

İkinci hissə daha məhsuldar keçdi. Amirhossein Rasuli 4 qol vurmağı bacardı. Bundan sonra qapıçını meydan oyunçusu ilə əvəzləyən “Neftçi”ni növbəti dəfə Lazar Milosavljeviç meydanın mərkəzinə dəvət etdi.

Yekunda inamlı qələbə qazanan “Araz-Naxçıvan” “Neftçi” ilə xal fərqini 2-yə endirməyi bacardı.

İkinci oyun lider üçün məşq xarakterli keçdi. İaqonun 8 qol vurduğu görüşdə “Baku Fire” böyükhesablı qələbə ilə xal ehtiyatını artırmış oldu.

Tura U-19 – “Şuşa” görüşü ilə yekun vuruldu. Bu oyuna marağı artıran məqamlardan biri də yanvarda keçirilən Azərbaycan kubokunun ¼ final mərhələsində gənclər millisinin “Şuşa”nı yenməsi və yarımfinala yüksəlməsidir.

Fasiləyə komandalar “sülh”lə yollandı. Əvvəlcə “Şuşa” hesabı açdı, ardınca avtoqol sayəsində U-19 qol xanasındakı sıfırı birlə əvəzlədi.

İkinci hissəyə də komandalar erkən qollarla başladı. Əvvəlcə U-19 hesabı xeyrinə dəyişdi. 13 saniyə sonra nominal qonaqlar status-kvonu bərpa etdi.

Görüşün taleyini həll edən qol isə final fitinə 1 dəqiqə qalmış vuruldu.

Neftçi İK – Araz-Naxçıvan 0:6
Qollar
: Matheus Henrique, 13:26, Amirhossein Rasuli, 25:49, 31:18, 35:11, 39:01, Lazar Milosavljeviç, 36:42.

Yasamal Bakı – Baku Fire 1:10
Qollar
: Elmir Xəlilov, 35:55 – İaqo Henrique, 1:12, 7:44, 16:49, 35:22, 36:45, 37:01, 37:58, 39:40, Elvin Quliyev, 16:57, Paulo Henrique, 23:17.

U-19 – Şuşa 3:4
Qollar
: Ayxan Məmmədov, 9:12-öz qapısına. Bəyoğlan Vəlizadə, 20:40, Rəvan Məşiyev, 32:25 – Rüstəm Bağırov, 1:28, Aidar Tutatov, 20:53, Sadegh Javiditabar, 27:56, 38:54

Xəbər Lenti