Futzal üzrə Azərbaycan millisi Avropa çempionatının əsas mərhələsində növbəti oyununa bu gün çıxacaq.
Sportinfo.az xəbər verir ki, Vitali Borisovun baş məşqçisi olduğu komanda Bakıda Yunanıstanı qəbul edəcək.
Bakı İdman Sarayında təşkil olunacaq matç saat 20:00-da start götürəcək.
Azərbaycan millisi daha əvvəl Bakıda İsveçlə heç-heçə (3:3) edib, səfərdə Xorvatiyaya məğlub olub - 2:9.
AVRO-2026 / V qrup
20:00. Azərbaycan – Yunanıstan
Hakimlər: Telmen Undrax (Norveç), Yakob Pavlovski (Almaniya), Daq Erik Tanqvik (Norveç).
Timekeeper: Ramil Namazov (Azərbaycan).
Hakim-inspektor: Stefan Tivold (Sloveniya).
UEFA nümayəndəsi: Assem Kuzhanova (Qazaxıstan).