"Xəzər Lənkəran"ın yetirməsi və sabiq futbolçusu Kamran Abdullazadə karyerasını minifutbol çempionatında davam etdirməyə qərar verib.
Sportinfo.az xəbər verir ki, Abdullazadə liqanın iddialı klublarından olan "Zirə" ilə anlaşıb.
29 yaşlı yarımmüdafiəçi artıq “Zirə”nin heyətində debüt edib.
Abdullazadə “Xəzər Lənkəran”dan savayı, "FC Baku", MOİK, “Sumqayıt” və “Kəpəz”də oynayıb. O, ötən mövsümü II Liqada – “Lerik”in heyətində keçirib.