Azərbaycanın futzal millisi AVRO-2026-nın əsas mərhələsində bu gün növbəti oyununu keçirəcək.
Sportinfo.az xəbər verir ki, Vitali Borisovun rəhbərlik etdiyi komanda səfərdə Xorvatiya ilə üz-üzə gələcək.
Qarşılaşma Pula şəhərində, Bakı vaxtı ilə saat 22:15-də start götürəcək.
V qrupda yer alan Azərbaycan millisi daha əvvəl Bakı İdman Sarayında İsveçlə heç-heçə edib - 3:3.
22:15. Xorvatiya – Azərbaycan
Hakimlər: Viktor Bugenko (Moldova), Qriqori Oşomkov (Estoniya), Yaqnar Yakobson (Estoniya)
Timekepeer: Dino Kramar (Xorvatiya)