COP29

"Hər şey yaxşı olacaq” - Millimizin oyunçusu Xorvatiya haqda

31 Yanvar 21:20 Futzal 104
"Hər şey yaxşı olacaq” - Millimizin oyunçusu Xorvatiya haqda

Azərbaycan futzal millisi Avropa çempionatının əsas mərhələsində bu gün növbəti oyununu keçirəcək.

Sportinfo.az xəbər verir ki, millimiz səfərdə Xorvatiya yığmasının qonağı olacaq.

Son 2 məşqini matçın keçiriləcəyi arenada reallaşdıran komanda üzvü Fərid Atakişiyev Azərbaycan Futzal Federasiyasının rəsmi saytına fikirlərini bölüşüb:

“Artıq 4 gündür bu oyunun hazırlığını davam etdiririk. Bakıdakı 2 günlük məşqlərdən sonra son 2 məşqimizi Pula şəhərində reallaşdırdıq.

Təbii ki, səfərə erkən yollanmağımız zala yaxşı bələd olmağımız və vaxta uyğunlaşmağımız baxımından vacib idi. Bu cür oyuna hazırlaşmaq üçün 4 gün az olsa da, maksimum istifadə etməyə çalışdıq.

Komanda olaraq istəkliyik. Əlbəttə, bilirik ki, bizi ağır oyun gözləyir.

Xorvatiya millisi hər zaman öz dəsti-xətti ilə seçilib. Güclü, iddialı rəqibdir, qrupun favoritidir.

Bu görüşdən sonra Bakıda Yunanıstanla qarşılaşacağıq. Son illər inkişaf edən Yunanıstan millisi seçmə məthələyə iddialı başlayıb.

İlk oyunda səfərdə İsveçi məğlub etməkləri bunun göstəricisidir. Təbii ki, Bakıdakı görüş fərqli olacaq.

İndiki məqamda bütün diqqətimizi Xorvatiya ilə oyuna yönəltmişik. Rəqib komandanı məşqçilər korpusu analiz edib.

Zəif, istifadə edə biləcəyimiz cəhətlərini deyiblər. Heyətimizdə həm gənc, həm də təcrübəli futzalçılar var.

Əl-ələ verib uğurlu nəticə qazanmaq üçün mübarizə aparacağıq. Komandamızın tam formalaşması üçün zamana ehtiyac var. Hər şey yaxşı olacaq”.

Xorvatiya - Azərbaycan matçı saat 22:15-də başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
31 Yanvar 21:10 “O. çox səhv edir”
31 Yanvar 16:30 Çək və bizə göndər!
31 Yanvar 03:30 "Zirə" üz vermədi - 7:1