COP29

Çempioonatın lideri olan komandanın baş məşqçisindən TRANSFER AÇIQLAMASI

23:00 Futzal 52
Çempioonatın lideri olan komandanın baş məşqçisindən TRANSFER AÇIQLAMASI

“Baku Fire” iki braziliyalı legionerlə anlaşıb.

Paulo Henrike Alves de Souza və Henrike Suares Qimaraeş yaya qədər karyeralarını paytaxt təmsilçisində davam etdirəcək.

22 yaşlı futzalçılardan Paulo hücumçu, Qimaraeş müdafiəçidir. P.Henrike sonuncu dəfə vətənində AABB, Henrike Suares isə "ADİ İndaiatuba" klubunda forma geyinib.

Əvəzində Amadeu komandadan ayrılıb. O, ölkəsində “Marreko”ya transfer olunub.

“Baku Fire”ın baş məşqçisi Teymur Eyvazov Sportinfo.az-a açıqlama verərək, yeni gələnlər barədə fikirlərini bölüşüb:

«Yüksək Liqada ikinci dövrənin hazırlığına yanvarın 6-dan start vermişik. Heyətimizi iki braziliyalı ilə gücləndirmişik.

Amadeunun gedişindən sonra Henrik Suares və Poulu Henrikeni gətirdik..Uzun müddət idi ki, onların oyunlarını izləyirdik.

Polunun sürətli driblinqləri, Suaresin isə arxa xətdə inamlı oyunu və qüvvətli zərbələri bizim axtardığımız keyfiyyətlərdir. Hər iki legionerimiz çox istəklidir.

Tez bir zamanda komandaya uyğunlaşacaqlarını düşünürəm.

Hazırda Braziliya çempionatında fasilədir. Onlarla anlaşdığımız zaman çempionat dayanmışdı.

Buna baxmayaraq, durumları qənaətbəxşdir. Paulo Henrike “Araz-Naxçıvan”la kubok matçında daha yaxşı təsir bağışladı.

Henrike Suares isə Bakıya oyuna bir gün qalmış çatdığı üçün yorğunluq var idi. Gec gəlməsinin səbəbi sənəd problemi ilə əlaqədardır.

Hər ikisi gəncdir və ölkəmizin iqliminə tez bir zamanda uyğunlaşcaqlar. Transferlərlə bağlı hələlik başqa planımız yoxdur”.

“Baku Fire” hazırda Yüksək Liqada 8 turdan sonra 22 xalla birinci pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti