Minifutbol üzrə Azərbaycan çempionatının bombardirləri bəlli olub.
Sportinfo.az xəbər verir ki, Azərbaycan Minifutbol Federasiyası 12 turda ən çox qol vuranların cədvəlini açıqlayıb.
Siyahıya Kamran Qürbətov başçılıq edir. “Zirə”nin bombardiri 18 dəfə fərqlənib.
Onun komanda yoldaşı Rəvan Kərimovla “Birbaşa Bakı”nın aparıcı oyunçusu Təmkin Xəlilzadə hərəyə 16 qola seviniblər. İki futbolçu isə 15 dəfə rəqib qapılarına yol tapıb.
12 turdan sonra çempionatın lideri “Birbaşa Bakı”dır.