COP29

Azərbaycan - Yunanıstan matçının təyinatları açıqlandı

13:40 Futzal 220
Azərbaycan - Yunanıstan matçının təyinatları açıqlandı

Azərbaycan futzal millisinin Avro-2026-nın əsas mərhələsinin Bakıda Yunanıstana qarşı keçirəcəyi oyunu üçün hakim təyinatlar bəlli olub.

Sportinfo.az xəbər verir ki, qarşılaşmaya Norveç və Almaniyadan olan ədalət təmsilçiləri təyinat alıblar.

Hakimlər Telmen Undrax (Norveç), Yakob Pavlovski (Almaniya), Daq Erik Tanqvik (Norveç) olacaq. Hakim-inspektor vəzifəsini Sreten Vasiç (Serbiya) yerinə yetirəcək.

UEFA nümayəndəsi Vladimir Kolbasyuk (Moldova) olacaq.

Azərbaycan - Yunanıstan görüşü fevralın 4-də, saat 20:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti